Tariximiz
E.ə. I minillik E.ə. I minilliyin başlanğıcında Azərbaycanın cənubunda Urmiya gölü ətrafında mərkəzləşmiş dövlətin meydana gəlməsi üçün şərait yaranmışdı.
E.ə. IX əsr E.ə. IX əsrdə burada Manna dövləti yaranmışdır. Manna hökmdarları ölkəni vahid mərkəzdə birləşdirib, xarici hücumların qarşısını almağa çalışmışlar. Mannanın ən qüdrətli hökmdarı I Ranzunun hakimiyyəti zamanı Manna Urmiya gölü hövzəsində qüdrətli dövlətə çevrilmişdi. Onun paytaxtı İzirtu şəhəri olmuşdur.
Təxminən e.ə. 580-ci il Təxminən e.ə. 580-ci ildə Manna Midiya dövlətinin tərkibinə daxil edildi. Beləliklə, Mannanın müstəqil dövlətçiliyi başa çatdı.
E.ə 323-cü il E.ə 323-cü ildə - Makedoniyalı İsgəndərin ölümündən sonra, onun yaratdığı imperiya ayrı-ayrı dövlətlərə parçalandı. Azərbaycanın cənubunda Atropatena dövləti, şimalında isə Albaniya dövləti yarandı.
227-ci il Atropatena dövlətinin ilk hökmdarı Atropat olmuşdur. Atropatena dövləti, əsasən, indiki Cənubi Azərbaycanın və Azərbaycan Respublikasının bəzi cənub rayonlarını əhatə etmişdir. Atropatenanın mərkəzi şəhəri Qazaka idi. 227-ci ildə İran Sasani dövləti Atropatenanın müstəqilliyinə son qoyur.
E.ə. IV-III əsrlər E.ə. IV əsrin axırı - III əsrin əvvəlində Azərbaycanın şimalında müstəqil Albaniya dövləti yarandı. Albaniya dövlətinin ərazisinə indiki Azərbaycan Respublikasının ərazisi, Dağıstanın cənub rayonları və Gürcüstanın Alazan (Qanıx) vadisi daxil olmuşdur. Albaniyanın müstəqilliyinə 705-ci ildə ərəblər son qoymuşdur.
Eramızın III əsri Azərbaycanı eramızın III əsrində Sasani-İran imperiyası, VII əsrdə isə Ərəb xilafəti işğal etdi. Azərbaycanın bütöv halda həmin imperiyaların tərkibində olması nəticəsində ölkənin bütün bölgələri arasında daxili əlaqələr, ilk növbədə ticarət əlaqələri genişləndi. Azərbaycanın şimal və cənub, şərq və qərb bölgələri arasında etnik-siyasi və mədəni birliyin yaranması istiqamətində mühüm irəliləyiş baş verdi. İran və ərəb işğalçılarına qarşı uzun sürən birgə azadlıq mübarizəsi ölkənin türk və qeyri-türk əhalisini daha sıx birləşdirdi, onların qaynayıb-qarışmasına müsbət təsir göstərdi. Vahid xalqın yaranması prosesi sürətləndi.
VII əsr VII əsrdə İslam dininin qəbul olunması vahid xalqın və dinin təşəkkülünə təkan verdi. Türk və qeyri-türk etnosları arasında din birliyinin yaranması onların yayıldığı bütün Azərbaycan ərazisində vahid adət-ənənənin təşəkkülünə, qohumluq əlaqələrinin genişlənməsinə, qaynayıb-qarışma prosesinin daha da dərinləşməsinə səbəb oldu.
IX əsr Xilafət dağıldıqdan sonra IX əsrin ortalarından Azərbaycanın qədim dövlətçilik ənənələri yenidən dirçəldi. Azərbaycanda yeni siyasi dirçəliş başlandı. Sacilər, Şirvanşahlar, Salarilər, Rəvvadilər, Şəddadilər dövləti yarandı. Azərbaycan tarixində İntibah dövrü başlandı. Azərbaycan türk dili bütün ölkə ərazisində əsas ünsiyyət vasitəsinə çevrildi.
IX əsr IX əsrin 70-ci illərinin sonlarından başlayaraq (879-941) Azərbaycan torpaqlarının hamısının vahid Azərbaycan dövlətinin - Sacilər dövlətinin tərkibində olması bütün ölkə miqyasında iqtisadi və mədəni əlaqələrin daha da dərinləşməsinə, etnik fərqlərin aradan qalxmasına, vahid Azərbaycan türk xalqının formalaşması prosesinin sürətlənməsinə müsbət təsir göstərdi.
XI əsr XI əsrdə Azərbaycan Böyük Səlcuq İmperiyasının tərkibinə qatıldı. Eyni kökdən və dildən olan, İslamı qəbul etmiş oğuz-səlcuq türkləri ilə qədim Azərbaycan türkləri tez bir zamanda qaynayıb-qarışdılar. Azərbaycan türk xalqlarının təşəkkülü prosesi başa çatdı. Azərbaycan atabəylərinin idarə etdiyi Eldənizlər dövləti Böyük Səlcuq İmperiyasının parçalandığı dövrdə yaranmış ən qüdrətli dövlətlərdən biri oldu.
1136-cı il 1136-cı ildə yaranmış Azərbaycan Eldənizlər dövlətinin banisi Atabəy Şəmsəddin Eldəniz idi. Eldənizlər dövləti Dərbənd keçidindən İran Körfəzinə qədər çox geniş ərazini əhatə edirdi.
1225-ci il 1225-ci ildə Xarəzmşah Cəlaləddinin Azərbaycana yürüşü nəticəsində Eldənizlər dövləti süqut etdi. XIII əsrdə Azərbaycan monqolların dağıdıcı yürüşünə məruz qaldı. Monqol yürüşləri nəticəsində yeni bir dövlət - Hülakilər dövləti yarandı. Azərbaycan 1256-1357-ci illər arasında Hülakilər (Elxanilər) dövlətinin tərkibində olmuşdur.
1385-ci il 1385-ci ildə Azərbaycan Əmir Teymurun və Qızıl Orda hökmdarı Toxtamışın hücumuna məruz qalır.
1410-cu il 1410-cu ildə Qara Yusif Qaraqoyunlu dövlətini yaradır. Şimalda yerləşən Şirvanşahlar dövləti istisna olmaqla, Azərbaycanın bütün torpaqları, o cümlədən Ərməniyyə, Kürdüstan, Gürcüstanın bir hissəsi, Qərbi İran və İraq bu dövlətin tərkibinə daxil edildi. Dövlətin paytaxtı isə Təbriz şəhəri oldu.
1468-ci il 1468-ci ildə Qaraqoyunlu dövləti süqut etdi. Ağqoyunlu dövləti onu əvəz etdi. Təbriz yeni dövlətin paytaxtı oldu, bu dövlətin qurucusu Uzun Həsən idi. Ağqoyunlu dövləti 1500-cü ildə iki yerə parçalandı və tezliklə süqut etdi.
1501-ci il 1501-ci ilin payızında İsmayıl Təbrizə daxil oldu və Azərbaycan taxt-tacına yiyələndi. Beləliklə, paytaxtı Təbriz olmaqla, Azərbaycan Səfəvilər dövlətinin əsası qoyuldu. Bu dövlətdə əhalinin əksəriyyətini Azərbaycan türkləri təşkil edirdi. Səfəvilər dövlətinin yaranması Azərbaycan tarixində mühüm hadisə idi.
1736-cı il 1736-cı ildə Nadir xanın özünü şah elan etməsi ilə Səfəvilər dövlətinə son qoyuldu. Nadir şah keçmiş inzibati-ərazi bölgüsünü - Şirvan, Qarabağ, Çuxursəd və Təbriz bəylər-bəyliklərini birləşdirərək, Azərbaycan adı altında vahid inzibati bölgə yaratdı.
1747-ci il 1747-ci ildə Nadir şahın ölümündən sonra Azərbaycan müstəqil və yarımmüstəqil xanlıqlara, sultanlıqlara və məlikliklərə parçalandı. XVIII əsrin 40-cı illərində Azərbaycanın cənubunda Təbriz, Urmiya, Xoy, Qaradağ, Sərab, Marağa, Maku xanlıqları, şimal torpaqlarında Qarabağ, Gəncə, Şamaxı, Quba, Bakı, Dərbənd, Lənkəran, İrəvan xanlıqları, İlisu, Qəbələ, Ərəş, Qazax, Şəmşəddil sultanlıqları yarandı. Urmiya, Şəki, Quba və Qarabağ xanları xarici siyasətlərində Azərbaycan torpaqlarının birləşdirilməsinə nail olmağa xüsusi diqqət yetirirdilər.
1804-1813-cü illər 1804-1813-cü illər arasında Cənubi Qafqaz uğrunda Rusiya-İran müharibəsi başladı. Bu müharibə 1813-cü il oktyabrın 12-də bağlanmış Gülüstan müqaviləsi ilə başa çatdı. Beləliklə, Azərbaycanın iki yerə parçalanmasının birinci mərhələsi başa çatdı.
1826-1828-ci illər 1826-1828-ci illərdə baş vermiş Rusiya-İran müharibəsi Türkmənçay müqaviləsi (1828) ilə başa çatdı. Türkmənçay sülh müqaviləsi XIX əsrin ilk 30 ili ərzində baş vermiş Rusiya-İran müharibəsinə son qoydu. Xalqımızın və torpaqlarımızın iki yerə parçalanması prosesini başa çatdırdı. Beləliklə, 1828-ci ildən 1918-ci ilədək Şimali Azərbaycan çar Rusiyasının müstəmləkəsinə çevrildi.
1827-ci il İkinci Rusiya-İran müharibəsinin (1826-1828) gedişində İrəvan xanlığı tutulduqdan sonra (1827-ci il 1 oktyabr) ermənilərin tarixi Azərbaycan torpaqlarına köçürmə planını hüquqi cəhətdən təmin etmək üçün tədbirlər görüldü. Bu məsələ Türkmənçay müqaviləsinin XV maddəsində hərtərəfli əksini tapdı. Köçürmə prosesi nəticəsində Naxçıvan, İrəvan və Qarabağ bölgələri əhalisinin etnik tərkibi çox dəyişikliklərə məruz qalmışdı. Ermənilərin Şimali Azərbaycan torpaqlarında məskunlaşdırılması prosesi XIX əsr boyu, eləcə də sonrakı dövrlərdə davam etdirilmişdi.
1918-ci il 28 may Müsəlman Şərqində və türk dünyasında 1918-ci il mayın 28-də ilk dəfə yaradılan Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın tarixinə Birinci Respublika kimi daxil olmuşdur. O, XX əsrin əvvəlində xalqımıza hüquqi dövlətçilik və sivil demokratiya ənənələrini bəxş etmişdir.
1920-ci il 28 aprel Şimali Azərbaycan 1920-ci il aprelin 28-də işğal edildikdən sonra ikinci respublika dövrü - Sovet Sosialist Respublikası dövrü başlandı. 70 ildən çox bir müddəti əhatə edən həmin dövrün ilk illərində Azərbaycan müstəqil Sovet Respublikası elan olunsa da, əslində, Moskva tərəfindən idarə olunurdu. 1922-ci ilin dekabrından etibarən o, bir müddət (1922-36-cı illər) ZSFSR-in tərkibinə, sonralar isə (1936-1991ci illər) müttəfiq respublika kimi SSRİ-nin tərkibinə qatılmışdır. Totalitar rejimin və bolşevik ideologiyasının təsiri altında yaşamasına baxmayaraq, müəyyən iqtisadi və mədəni tərəqqi yolu keçmişdir.
1988-ci il 13 fevral 1988-ci il fevralın 13-də DQMV-nin mərkəzində Qarabağ məsələsi ilə əlaqədar ilk nümayiş təşkil edildi.
1990-cı il 1990-cı illərin əvvəlində Ermənistan Azərbaycana qarşı təcavüzkar müharibəyə başladı.
1990-cı il 20 yanvar 1990-cı il yanvarın 20-də sovet qoşunları Azərbaycana hərbi təcavüz edərək, böyük itkilərə, günahsız insanların kütləvi qətliamına səbəb olmuş Qanlı Yanvar faciəsini törətdilər.
1990-cı il 1990-cı ildə Heydər Əliyev Azərbaycan SSR Ali Sovetinə və Naxçıvan MSSR Ali Sovetinə deputat seçildi.
1990-cı il 17 noyabr 1990-cı il noyabrın 17-də Naxçıvan MSSR Ali Sovetinin Heydər Əliyevin sədrliyi ilə keçirilən ilk sessiyasında respublikanın adından "sovet" və "sosialist" sözləri çıxarılmış, Naxçıvan Ali Soveti Naxçıvan MR-in Ali Məclisi adlandırılmış və Azərbaycan Respublikası Ali Soveti qarşısında üçrəngli bayrağın Azərbaycanın dövlət rəmzi kimi tanınması haqqında vəsatət qaldırılmışdır.
1991-ci il 5 fevral Muxtar Respublikada həyata keçirilən demokratik proseslərin təsiri altında və bütün demokratik qüvvələrin tələbi ilə 1991-ci il fevralın 5-də Azərbaycan SSRİ Ali Soveti sessiyasının qərarı ilə ölkə "Azərbaycan Respublikası" adlandırıldı. Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı dövlət bayrağı kimi təsdiq olundu.
1991-ci il 30 avqust 1991-ci avqustun 30-da Azərbaycan Respublikasının Ali Soveti Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası haqqında Bəyannamə qəbul etmişdir.
1991-ci il 3 sentyabr 1991-ci il sentyabrın 3-də Naxçıvan MR Ali Məclisinin fövqəladə sessiyası xalq deputatı Heydər Əliyevi yekdilliklə Ali Məclisin sədri seçmişdir.
1991-ci il 18 oktyabr 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikasının Ali Soveti Azərbaycan Respublikasının Dövlət müstəqilliyi haqqında Konstitusiya Aktını qəbul etmişdir.
1991-ci il 26 dekabr 1991-ci il dekabrın 26-da Xankəndi şəhəri erməni təcavüzkarları tərəfindən işğal olunmuşdur.
1992-ci il 26 fevral 1992-ci il fevralın 26-da Xocalıda XX əsrin ən dəhşətli soyqırımı, bəşər tarixinə yazılmış ən ağır, ən qəddar və dözülməz kütləvi terror aktlarından biri törədilmişdir.
1992-ci il 8 may 1992-ci il mayın 8-də Şuşa şəhəri erməni təcavüzkarları tərəfindən işğal olunmuşdur.
1992-ci il 18 may 1992-ci il mayın 18-də Laçın rayonu erməni təcavüzkarları tərəfindən işğal olunmuşdur.
1992-ci il 27 may 1992-ci il mayın 27-də Azərbaycan Respublikasının Dövlət himni təsdiq edilmişdir.
1992-ci il 18 avqust 1992-ci il avqustun 18-də Naxçıvanda yerləşən 75-ci motoatıcı diviziyanın heyəti Rusiyaya yola salınmış və hərbi əmlakın bütünlüklə Milli Ordunun briqadasına verilməsi haqqında akt imzalanmışdır.
1992-ci il 2 oktyabr 1992-ci il oktyabrın 2-də Qubadlı rayonu erməni təcavüzkarları tərəfindən işğal olunmuşdur.
1992-ci il 1992-ci ildə Azərbaycan Birləşmiş Millətlər Təşkilatına, sonradan Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) adlandırılan Avropa Təhlükəsizlik və Əməkdaşlıq Müqaviləsinə (ATƏM) üzv oldu.
1993-cü il 2 aprel 1993-cü il aprelin 2-də Xocavənd rayonu erməni təcavüzkarları tərəfindən işğal olunmuşdur.
1993-cü il 9 iyun 1993-cü il iyunun 9-da görkəmli dövlət xadimi Heydər Əliyev xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıtmışdır.
1993-cü il 15 iyun 1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilmişdir.
1993-cü il 17 iyun 1993-cü il iyunun 17-də Ağdərə rayonu erməni təcavüzkarları tərəfindən işğal olunmuşdur.
1993-cü il 24 iyun 1993-cü il iyunun 24-də Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətləri Ali Sovetinin sədri Heydər Əliyevə verilmişdir.
1993-cü il 23 iyul 1993-cü il iyulun 23-də Ağdam rayonu erməni təcavüzkarları tərəfindən işğal olunmuşdur.
1993-cü il 23 avqust 1993-cü il avqustun 23-də Füzuli və Cəbrayıl rayonları erməni təcavüzkarları tərəfindən işğal olunmuşdur.
1993-cü il 31 avqust 1993-cü il avqustun 31-də Qubadlı rayonu erməni təcavüzkarları tərəfindən işğal olunmuşdur.
1993-cü il 3 oktyabr 1993-cü il oktyabrın 3-də Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçilmişdir.
1993-cü il 29 oktyabr 1993-cü il oktyabrın 29-da Zəngilan rayonu erməni təcavüzkarları tərəfindən işğal olunmuşdur.
1994-cü il 29 mart 1994-cü il martın 29-da Milli Məclis 20 Yanvar hadisələrinə hüquqi-siyasi qiymət vermişdir.
1994-cü il 20 sentyabr 1994-cü il sentyabın 20-də "Əsrin müqaviləsi" imzalanmışdır.
1996-cı il 2 fevral 1996-cı il fevralın 2-də Azərbaycan gənclərinin I Forumu keçirilmişdir.
1998-ci il 10 fevral 1998-ci il fevralın 10-da Milli Məclis ölüm hökmünün ləğvi haqqında Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin təşəbbüsü ilə Qanun qəbul etmişdir.
1998-ci il 26 mart 1998-ci il martın 26-da 31 Mart - Azərbaycanlıların soyqırımı günü haqqında Fərman imzalanmışdır.
1998-ci il 11 oktyabr 1998-ci il oktyabrın 11-də Heydər Əliyev növbəti dəfə Azərbaycan Respublikasının Prezidenti seçilmişdir.
1999-cu il 2 fevral 1999-cu il fevralın 2-də Azərbaycan gənclərinin II Forumu keçirilmişdir.
2001-ci il 17 yanvar 2001-ci il yanvarın 17-də Avropa Şurası Nazirlər Komitəsi Azərbaycanın Avropa Şurasına tamhüquqlu üzv qəbul olunması haqqında qərar qəbul etmişdir.
2001-ci il 25 yanvar 2001-ci il yanvarın 25-də Heydər Əliyevin iştirakı ilə Strasburqda Avropa Şurasının binası önündə Azərbaycanın Dövlət bayrağı ucaldılmışdır.
2001-ci il 9-10 noyabr 2001-ci il noyabrın 9-10-da Dünya Azərbaycanlılarının I Qurultayı keçirilmişdir.
2002-ci il 24 avqust 2002-ci il avqustun 24-də Konstitusiyaya dəyişikliklər və əlavələr edilməsi üçün ümumxalq səsverməsi yolu ilə Referendum aktı qəbul edilmişdir.
2003-cü il 4 avqust 2003-cü il avqustun 4-də İlham Əliyev Azərbaycan Respublikasının Baş naziri təyin olunmuşdur.
2003-cü il 1 oktyabr 2003-cü il oktyabrın 1-də ulu öndər Heydər Əliyevin Azərbaycan xalqına son müraciəti olmuşdur.
2003-cü il 15 oktyabr 2003-cü il oktyabrın 15-də İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti seçilmişdir.
2003-cü il 12 dekabr 2003-cü il dekabrın 12-də Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev vəfat etmişdir.
2004-cü il 3 fevral 2004-cü il fevralın 3-də Bakı-Tbilisi-Ceyhan neft kəməri layihəsinin maliyyələşdirilməsi ilə bağlı sənədlər imzalanmışdır.
2006-cı il 16 mart 2006-cı il martın 16-da Dünya Azərbaycanlılarının II Qurultayı keçirilmişdir.
2006-cı il 13 iyul 2006-cı il iyulun 13-də Bakı-Tbilisi-Ceyhan neft kəmərinin təntənəli açılış mərasimi olmuşdur.
2007-ci il 21 noyabr 2007-ci il noyabrın 21-də Gürcüstanda Bakı-Tbilisi-Axalkalaki-Qars dəmir yolu tikintisinin təməlqoyma mərasimi keçirilmişdir.