Prezident Administrasiyası

Prezident Aparatı Prezidentimizin işi, fəaliyyəti çoxşaxəlidir. O, respublikaya səfərə gələn dünya dövlətlərinin rəhbərlərini, nümayəndələrini, ayrı-ayrı ölkələrin iş adamlarını qəbul edir, onlarla dostluq, əməkdaşlıq münasibətləri yaradır, milliyyətindən və dinindən asılı olmayaraq hər bir vətəndaşın firavan, xoşbəxt, sülh şəraitində yaşaması üçün gecə-gündüz çalışır. Ölkəmizin bütün qurumları, fəaliyyət göstərən bütün növ iş strukturları, müxtəlif sahələri əhatə edən idarə və müəssisələri şəxsən respublika Prezidentinin, Prezidentin Administrasiyasının şöbələrinin nəzarəti altında fəaliyyət göstərir. Bu şöbələrin hər biri respublika Prezidentinin rəhbərliyi ilə dövlətə, xalqa xidmət edir. Prezidentin Administrasiyasının strukturunda müxtəlif məsələlər üzrə dövlət müşavirləri, Prezidentin katibliyi, mətbuat katibinin xidməti, hüquq mühafizə orqanları ilə iş, qanunvericilik və hüquq ekspertizası, humanitar siyasət, xarici əlaqələr, regional idarəetmə, ictimai-siyasi məsələlər, siyasi təhlil və informasiya təminatı, dövlət nəzarəti, iqtisadi siyasət, aqrar siyasəti, vətəndaşların müraciətləri, nəşr və tərcümə, habelə Prezidentin İşlər İdarəsi şöbələri fəaliyyət göstərir. Bu şöbələrdə çalışan rəhbərlərin hər biri öz işini respublika Prezidentinin xalqın və dövlətin xoşbəxt gələcəyi üçün müəyyən etdiyi inkişaf kursu üzrə qurur və onların iş fəaliyyətləri Prezident tərəfindən istiqamətləndirilir.