Görkəmli mütəfəkkirlərimiz

Qətran Təbrizi (1012-1088)

Qətran Təbrizi 1012-ci ildə Təbriz yaxınlığındakı Şadiabad kəndində doğulmuş, 1088-ci ildə vəfat etmişdir.
Fars dilində qəsidə, qitə, rübailərdən ibarət «Divan»ı var.

Əfzələddin Xaqani (1126-1199)

Əfzələddin Xaqani 1126-cı ildə Şamaxıda dülgər ailəsində doğulmuş, 1199-cu ildə Təbrizdə vəfat etmişdir.
Şairin bədii irsi 17000 beytlik «Divan»dan, «Mədain xərabələri» lirik qəsidəsindən, «Töhfətül-İraqeyn» poemasından və bədii nəsr nümunələrindən (məktublar) ibarətdir.
«Töhfətül-İraqeyn» poeması ədəbiyyatımızda ilk poemadır (məsnəvidir).

Nizami Gəncəvi (1141-1209)

İlyas Yusif oğlu Nizami 1141-ci ildə Gəncə şəhərində anadan olmuşdur.
Nizami öz «Xəmsə»si («Beşlik») ilə məşhurlaşmışdır. "Xəmsə"yə "Sirlər xəzinəsi", "Xosrov və Şirin", "Leyli və Məcnun", "Yeddi gözəl" "İsgəndərnamə" poemaları daxildir. Nizami Gəncəvi 1209-cu il mart ayının 12-də vəfat etmişdir.

İmadəddin Nəsimi (1369-1417)

Ana dilimizdə yazıb yaratmış İmadəddin Nəsimi 1369-cu ildə Şamaxıda doğulmuşdur.
Nəsimi Hürufiliyin banisi Fəzlullah Nəiminin şagirdi və bu təriqətin ən görkəmli nümayəndəsi olmuşdur. İmadəddin Nəsimi 1417-ci ildə Hələbdə işgəncələrlə öldürülmüş və elə buradaca dəfn edilmişdir.
Əsərləri: "Ayrılıq", "Məndə sığar iki cahan" və s.

Şah İsmayıl Xətai (1487-1524)

Xətai 1487-ci il iyun ayının 23-də Ərdəbil şəhərində din xadimi və siyasi xadim, təriqət başçısının ailəsində doğulmuşdur. 1524-cü il mayın 23-də qəflətən vəfat etmişdir. Ərdəbildə Şeyx Səfi məqbərəsində dəfn olunmuşdur.
Əsərləri: "Dəhnamə", "Nəsihətnamə", "Ayrılıq" və s.

Məhəmməd Füzuli (1494-1556)

Məhəmməd Füzuli 1494-cü ildə İraqda doğulmuşdur. Türklərin Bayat boyundandır. «Türk divanı»nın və bir sıra başqa əsərlərin müəllifidir. «Bəngü Badə» («Tiryək və Şərab») poemasını yazmışdır. 1556-cı ildə Kərbəla şəhərində vəfat etmiş və İmam Hüseynin məqbərəsinin astanasında dəfn olunmuşdur. Ən məşhur əsəri "Leyli və Məcnun"dur.

Molla Pənah Vaqif (1717-1797)

Molla Pənah Vaqif 1717-ci ildə Qazax mahalının Qıraq Salahlı kəndində dünyaya gəlmiş, 1797-ci ildə edam olunmuşdur. Mədrəsədə təhsil almış, fars və ərəb dillərini öyrənmişdir. Qarabağ hakimi İbrahim xanın vəziri olmuşdur. Azərbaycan ədəbiyyatında realizmin banisidir.
Əsərləri: "Bax" rədifli qəzəl, "Görmədim" qoşması və sair.

Qasım Bəy Zakir (1784-1857)

Qasım bəy Əli bəy oğlu Cavanşir (Zakir) 1784-cü ildə Şuşa şəhərində doğulmuş, 1857-ci ildə burada vəfat etmişdir. Azərbaycanda tənqidi realizmin görkəmli nümayəndəsidir. Lirik şeirlərində xalq poeziyasının təsiri güclüdür. Yaradıcılığında satirik şeirlər geniş yer tutur.
Əsərləri: "Keçdi növbəti zimistan", "Durnalar" və sair.

Mirzə Fətəli Axundov (1812-1878)

Azərbaycan yazıçısı, ictimai xadimi Mirzə Fətəli Axundov 1812-ci il iyunun 30-da Şəkidə doğulmuş, 1878-ci il fevral ayının 28-də Tiflisdə vəfat etmişdir. Buradakı müsəlman qəbiristanlığında, Mirzə Şəfi Vazehin yanında dəfn edilmişdir. "Səbuhi" təxəllüsü ilə yaratmışdır. Azərbaycan dram sənətinin, xüsusilə komediya janrının inkişafında böyük xidmətləri olmuşdur.
Əsərləri: "Hacı Qara", "Aldanmış kəvakib", "Mürafiə vəkilləri" və sair.

Seyid Əzim Şirvani (1835-1888)

Seyid Əzim Seyid Məhəmməd oğlu Şirvani 1835-ci il iyul ayının 10-da Şamaxıda anadan olmuş, 1888-ci ildə vəfat etmiş, Şamaxının Şaxəndan qəbiristanlığında dəfn olunmuşdur. «Əkinçi» qəzetinin nəşrini sevinclə qarşılayan şair şeirlərinin bir qismini bu qəzetdə çap etdirmişdir. «Əkinçi» bağlandıqdan sonra «Ziya», «Ziyayi-Qafqaziyyə» qəzetləri ilə əməkdaşlıq etmişdir.
Əsərləri: "Qafqaz müsəlmanlarına xitab", "Köpəyə ehsan" və s.

Aşıq Ələsgər (1821-1926)

Ələsgər Alməmməd oğlu (Aşıq Ələsgər) 1821-ci ildə Göyçə mahalının Ağkilsə kəndində doğulmuş, 1926-cı il martın 7-də bu kənddə vəfat etmişdir. Aşıq Alının şagirdi olmuş, aşıq sənəti ənənələrini dərindən öyrənmişdir. Şeirlərində saf məhəbbət, nəcib insani keyfiyyətlər tərənnüm olunur. Aşıq poeziyasının bütün növlərində şeir qoşmuş, Cənubi Qafqazda, Dağıstanda, bir sıra türkdilli ölkələrdə tanınmışdır.
Əsərləri: "Dağlar", "Şamama" və sair.

Cəlil Məmmədquluzadə (1869-1932)

C.Məmmədquluzadə 1869-cu il fevralın 22-də Naxçıvan şəhərində doğulmuşdur, 1932-ci il yanvarın 4-də, vəfat etmiş. Bakıda Fəxri xiyabanda dəfn olunmuşdur. Cəlil Məmmədquluzadə «Kişmiş oyunu» (1892) pyesinin, «Danabaş kəndinin əhvalatları» (1894), «Danabaş kəndinin məktəbi» (1896) povestlərinin müəllifidir. 1903-cü ildə «Poçt qutusu» hekayəsini yazmışdır.

Mirzə Ələkbər Sabir (1862-1911)

Mirzə Ələkbər Sabir (Ələkbər Zeynalabdin oğlu Tahirzadə) 1862-ci il mayın 30-da Şamaxıda doğulmuş, 1911-ci il iyulun 12-də Şamaxıda vəfat etmiş, «Yeddi günbəz» qəbiristanlığında dəfn olunmuşdur.
Satirik şeirlər Sabirin yaradıcılığında əsas yer tutur. "Molla Nəsrəddin" jurnalı ilə əməkdaşlıq etdiyi vaxtlar yaradıcılığının ən məhsuldar dövrüdür. 1912-ci ildə Abbas Səhhətin və Mahmud Mahmudbəyovun təşəbbüsü ilə Sabirin şeirləri «Hophopnamə» adı ilə nəşr olunmuşdur.
Əsərləri: "Uşaq və buz", "Oxutmuram, əl çəkin!" və sair.

Hüseyn Cavid (1882-1941)

Hüseyn Molla Abdulla oğlu Rasizadə 1882-ci il oktyabrın 24-də Naxçıvanda anadan olmuşdur.
1941-ci ildə dekabrın 5-də Sibirdə həbsdə vəfat etmişdir.
1956-cı il martın 6-da bəraət almış, 1982-ci ildə ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Cavidin cənazəsi vətənə gətirilmişdir.
Əsərləri: "İblis", "Topal Teymur", "Knyaz", "Şeyx Sənan" pyesləri və sair.

Cəfər Cabbarlı (1899-1934)

Cəfər Qafar oğlu Cabbarlı Xızı kəndində doğulmuş, 1934-cü il yanvarın 31-də Bakıda vəfat etmişdir. Azərbaycan dramaturgiyasında realizmin banisidir. Lirik və satirik şeirlər, hekayələr və dram əsərləri yazmışdır. Yazıçının əsərlərində qadın azadlığı mövzusu xüsusi yer tutur.
Əsərləri: "Sevil", "Almaz", "Yaşar" və sair.

Səməd Vurğun (1906-1956)

Səməd Vəkilov (Vurğun) 1906-cı il martın 21-də Qazaxın Yuxarı Salahlı kəndində doğulmuş, 1956-cı il mayın 27-də Bakıda vəfat etmiş, Fəxri xiyabanda dəfn olunmuşdur.
1945-ci ildə Azərbaycan Elmlər Akademiyasının ilk həqiqi üzvlərindən biri seçilmişdir. Azərbaycanın ilk Xalq şairidir. Yaradıcılığında vətənpərvərlik, məhəbbət mövzusu xüsusi yer tutur.
Əsərləri: "Azərbaycan", Şairin andı" və sair.

Məhəmmədhüseyn Şəhriyar (1905-1988)

Seyid Məhəmmədhüseyn Behcət Təbrizi (Şəhriyar) 1905-ci ildə dünyaya gəlmiş, 1988-ci il sentyabrın 18-də Tehranda vəfat etmişdir.
Əsərləri: "Heydər babaya salam", "Ey bülbül" və sair.

Rəsul Rza (1910-1981)

Rəsul İbrahim oğlu Rzayev (Rəsul Rza) 1910-cu il mayın 19-da Göyçayda anadan olmuş, 1981-ci ildə Bakıda vəfat etmiş, Fəxri xiyabanda dəfn olunmuşdur.
1960-cı ildə xalq şairi adına layiq görülmüşdür. Şair həm də publisistik məqalələrin, oçerklərin müəllifidir. Bir çox məşhur əsərləri Azərbaycan dilinə tərcümə etmişdir, uşaqalar üçün əsərlər yazmışdır.
Əsərləri: "Mən torpağam", "Bu gün", "Dilarə" və sair.

İlyas Əfəndiyev (1914-1996)

İlyas Məhəmməd oğlu Əfəndiyev 1914-cü il mayın 28-də Füzuli rayonunda doğulmuş, 1996-cı ildə Bakıda vəfat etmiş, Fəxri xiyabanda dəfn olunmuşdur.
İlk dram əsərini- müharibə mövzusuna həsr olunmuş "İntizar"ı 40-cı illərdə M.Hüseynlə birgə müharibə mövzusunda yazmışdır.
Əsərləri: "Mənim günahım", "Büllur sarayda", "Mahnı dağlarda qaldı" və sair.

İsmayıl Şıxlı (1919-1995)

1919-cu il martın 22-də Qazax rayonunun İkinci Şıxlı kəndində doğulmuş, 1995-ci il iyulun 26-da vəfat etmişdir. Məzarı Fəxri xiyabandadır.
«Məni itirməyin» (1984), «Daima axtarışda» (1988), «Namərd gülləsi» (1991), «Ölüləri qəbiristanda basdırın» (1992) kitablarını yazmışdır.
Yazıçı, «Şərəf nişanı», «Qırmızı Əmək Bayrağı», «Şöhrət» ordeni ilə təltif olunmuşdur.

Bəxtiyar Vahabzadə (1925)

Bəxtiyar Mahmud oğlu Vahabzadə 1925-ci il avqustun 6-da Şəki şəhərində anadan olmuşdur.
Şair əməkdar incəsənət xadimi fəxri adına , Azərbaycan SSR Dövlət mükafatına layiq görülmüş, «Qırmızı Əmək Bayrağı» ordeni ilə təltif olunmuşdur. Müstəqillik illərində "Şöhrət" ordeni ilə mükafatlandırılmışdır.
Əsərləri: "Bayraq", "Gəncliyin səsi", "Gülüstan" və sair.

Məmməd Araz (1933-2004)

Məmməd İnfil oğlu İbrahimov (Məmməd Araz) 1933-cü il oktyabrın 14-də Naxçıvan Muxtar Respublikası Şahbuz rayonunun Nurs kəndində anadan olmuş, 2004-cü ildə Bakıda vəfat etmişdir.
Əsərləri: "Ayağa dur, Azərbaycan", "Üç oğul atası", "Sevgi nəğməsi", "Araz axır" və s.