Səlahiyyətlər
Ali Baş Komandan

Prezident hakimiyyəti Azərbaycan dövlətinin başçısı Azərbaycan Respublikasının Prezidentidir. O, daxili və xarici münasibətlərdə Azərbaycan dövlətini təmsil edir. Bizim ölkənin Prezidenti cənab İlham Əliyevdir. Prezidentimiz Azərbaycanın vahidliyini təcəssüm etdirir və dövlətçiliyimizin varisliyini təmin edir. Prezident həm də Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanıdır. Azərbaycan Respublikasının qanunvericilik hakimiyyətini parlament - Azərbaycan Respublikasının Milli Məclisi həyata keçirir. Milli Məclis 125 deputatdan ibarətdir. Parlamentə bütün deputatlar səsvermə yolu ilə seçilir.

Dövlət başçımızın Administrasiyası mövcuddur. Prezidentin Administrasiyası qanunları və layihələri hazırlayır və Prezidentə təqdim edir. Prezidentin Administrasiyası həm də qəbul olunmuş qanun və layihələrin həyata keçirilməsinə nəzarət edir və bu barədə prezidentə məlumat verir. Eləcə də Administrasiya prezidentimizin dövlət və hökumət orqanları, ictimai xadimlər, vəzifəli şəxslər, siyasi partiyalarla əlaqələrini təmin edir. Administrasiyanın işinə rəhbərliyi isə bilavasitə Ramiz Mehdiyev həyata keçirir. Prezidentin Administrasiyası Bakı şəhərinin mərkəzində, İstiqlaliyyət küçəsində yerləşir. Prezidentin Administrasiyasının yerləşdiyi bina Prezident Sarayı adlanır.