Respublikamızda prezident ümumxalq səsverməsi yolu ilə seçilir. Prezident seçildikdən sonra andiçmə mərasimi olur. Bu təntənəli tədbirə çoxlu sayda yerli və xarici qonaqlar dəvət olunur. Yeni seçilən prezident əvvəlcə əlini Konstitusiyamızın, sonra isə müqəddəs Qurani-Kərimin üzərinə qoyaraq dövləti ədalətlə, qanun çərçivəsində idarə edəcəyinə, verdiyi vədlərə əməl edəcəyinə and içir. Prezident üç rəngli bayrağımızın önündə diz çökərək bayrağımızı öpür. Andiçmə mərasiminin sonunda Azərbaycanın dövlət himni səslənir.